İlham Əliyev və Nikol Paşinyan iyulun 10-da Əbu-Dabidə danışıqlar aparacaqlar
İlham Əliyev və Nikol Paşinyan iyulun 10-da Əbu-Dabidə danışıqlar aparacaqlar

 

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

Azərbaycan mediasının məlumatına əsasən, Əbu-Dabidə görüş iki ölkə arasında cari sülh prosesi çərçivəsində baş tutacaq.

Bu məlumatı həmçinin erməni mediası da təsdiqləyir. Onların məlumatına əsasən, Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinə bu gün yollanacaq. Onun bu gün ölkənin lideri Şeyx Muhamed bin Zaiid al-Nahian ilə görüşü planlaşdırılıb.

İyulun 10-da isə Ermənistanın Baş naziri Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq.