İlham Əliyev - Rus qüvvələri tərəfindən Azərbaycanın mülki təyyarəsinin zədələnməsi və insidentə rus rəsmi şəxslərin reaksiyası Azərbaycanda böyük məyusluq və narazılıq doğurdu
İlham Əliyev - Rus qüvvələri tərəfindən Azərbaycanın mülki təyyarəsinin zədələnməsi və insidentə rus rəsmi şəxslərin reaksiyası Azərbaycanda böyük məyusluq və narazılıq doğurdu

 

Rus qüvvələri tərəfindən Azərbaycanın mülki təyyarəsinin zədələnməsi və insidentə rus rəsmi şəxslərin reaksiyası Azərbaycanda böyük məyusluq və narazılıq doğurdu – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Al Arabiya” telekanalına müsahibəsində deyib.

Əliyev bildirib ki, Azərbaycan heç vaxt ona qarşı təcavüz və ya hörmətsizliyin hər hansı əlamətinə və ya təzahürünə dözməyəcək.

“Bu, əlbəttə, ikitərəfli münasibətlərimizdə çox ciddi vəziyyətdir. Lakin, biz bu münasibətləri pisləşdirmək istəmirdik. Bəli, xalqımız məyus, qəzəbli, incinmiş idi. Biz gözləyirdik ki, gec və ya tez istintaq başa çatacaqdı, lakin sonra Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki nəfərə işgəncə etdilər və qətlə yetirdilər və daha sonra yayılan rəsmi məlumatda deyilirdi ki, onlar ürək tutmasından vəfat ediblər. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu nə cür münasibətdir? Onların arasında Azərbaycan vətəndaşları və azərbaycanlı əsilli Rusiya vətəndaşları var idi. Bu, xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Biz münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımırıq. Biz konstruktiv və hüquqi şəkildə reaksiya veririk, lakin heç vaxt bizə qarşı təcavüz və ya hörmətsizliyin hər hansı əlamətinə və ya təzahürünə dözməyəcəyik” – Əliyev bildirib.