İlham Əliyev Müctəba Xamenei-ni İranın yeni ali lideri seçilməsi münasibətilə təbrik edib
İlham Əliyev Müctəba Xamenei-ni İranın yeni ali lideri seçilməsi münasibətilə təbrik edib

İlham Əliyev Müctəba Xamenei-ni İranın yeni ali lideri seçilməsi münasibətilə təbrik edib.

“Hörmətli Ayətulla Xamenei, sizi İran İslam Respublikasının ali lideri vəzifəsinə seçilməniz münasibətilə təbrik edirəm. Bir daha İran İslam Respublikasının ali lideri olan atanız Ayətulla Əli Xamenei-nin faciəli vəfatına görə həmrəylik və kədərimi bildirirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən xalqlarımızın xoşməramlı qonşuluq və dostluq ənənələrindən qaynaqlanır.

Ümid edirəm ki, xalqlarımızın maraqları çərçivəsində qarşılıqlı hörmət və etimad ruhunda birgə səylərimizi dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində davam etdirəcəyik. Bir daha bu yüksək vəzifəyə seçilməniz münasibətilə sizi təbrik edirəm. İranın dost və qardaş xalqına sülh və əmin-amanlıq arzulayıram,” – deyə Əliyev təbrik məktubunda qeyd edib.