İlham Əliyev İrəvanda keçirilən “Avropa Siyasi Birliyi” sammitində distant şəkildə iştirak edəcək
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin səkkizinci sammitində distant şəkildə iştirak edəcək.
Azərbaycan mediasının məlumatına görə, “Avropa Siyasi Birliyi”nin səkkizinci sammiti “Gələcəyi qururuq: Avropada birlik və sabitlik” devizi ilə keçirilir.
İlham Əliyev sammit iştirakçılarına videobağlantı vasitəsilə müraciət edəcək.
Sammit Avropa liderlərini və beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirir. İrəvanda keçirilən müzakirələr demokratik dayanıqlığın gücləndirilməsi, əlaqələndirmənin inkişafı, eləcə də iqtisadi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, təhlükəsizlik arxitekturasındakı dəyişikliklər və regional çağırışlar fonunda bu istiqamətlərə yönələcək.