İlham Əliyev İrakli Ğaribaşvilini Gürcüstanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edir

20:31, 24.02.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrakli Ğaribaşvilini Gürcüstanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Məlumatı Gürcüstan hökumət administrasiyası yayır.

Agentliyin məlumatına görə, İlham Əliyev iki ölkə arasında məhsuldar əməkdaşlığın və strateji tərəfdaşlığın dinamik davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Gürcüstanın baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycanla Gürcüstanı dərin tarixi kökləri olan dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. İnanıram ki, ölkələrimiz arasındakı məhsuldar əməkdaşlıq və strateji tərəfdaşlıqlar sıx əlaqəli xalqlarımızın iradəsi əsasında dinamik şəkildə davam edəcək və genişlənəcək.

Sizə cansağlığı, xoşbəxtlik və dost Gürcüstan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirəm “, – dedi İlham Əliyev təbrikində.

Oxşar