İlham Əliyev - Ermənistanla müqavilənin paraflanması faktiki olaraq Ermənistan və Azərbaycan arasında qarşıdurmaya nöqtə qoyur
İlham Əliyev - Ermənistanla müqavilənin paraflanması faktiki olaraq Ermənistan və Azərbaycan arasında qarşıdurmaya nöqtə qoyur

 

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanla müqavilənin paraflanması faktiki olaraq Ermənistan və Azərbaycan arasında qarşıdurmaya nöqtə qoyur.

İlham Əliyev bu barədə Kəlbəcər şəhərində yerli əhali ilə görüş zamanı deyib.

“Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik. Bəndlərin tərtibatında mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan və Azərbaycan arasında qarşıdurmaya nöqtə qoyur. Bununla yanaşı, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı təmin edildi” – Əliyev bildirib.