İlham Əliyev - əgər beynəlxalq ictimaiyyət Ermənistanı dayandıra bilməsə, azərbaycanlı əsgər dayandıracaq
İlham Əliyev - əgər beynəlxalq ictimaiyyət Ermənistanı dayandıra bilməsə, azərbaycanlı əsgər dayandıracaq

Ermənistan baş naziri Azərbaycana şərtlər irəli sürür, lakin Azərbaycanın yeganə şərti onlar tərəfindən torpaqlarımızın azad olunmasıdır, – bu barədə Azərbaycan prezidenti, İlham Əliyev yaralı əsgərləri ziyarət edərkən bəyan etdi.

Əliyevin dediyinə görə, ermənilər Qarabağdan çıxsalar müharibə dayanacaq, qan tökülməyəcək və bölgəyə sülh gələcək.

“Mən bütün ictimaiyyətə demişdim ki, Ermənistan yeni döyüş üçün hazırlaşır, Ermənistan dayanmalıdır. Təəssüflər olsun ki, beynəlxaq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilmədilər. Onlar işğalçını dayandıra bilmədilərsə, azərbaycanlı əsgər onalrı dayandıracaq. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək və bölgəmyə sülh gələcək”, – İlham Əliyev bəyan etdi.