İlham Əliyev - Cari qlobal geosiyasi şəraitdə “Orta Dəhliz”in əhəmiyyəti daha da artır
İlham Əliyev - Cari qlobal geosiyasi şəraitdə “Orta Dəhliz”in əhəmiyyəti daha da artır

 

Cari qlobal geosiyasi şəraitdə “Orta Dəhliz”in əhəmiyyəti daha da artır – bu haqda Azərbaycan Prezidenti İlham Əliyev “Türk Dövlətləri Təşkilatı”na üzv dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə çıxışı zamanı deyib.

“Hazırda həyata keçirilən Zəngəzur dəhlizi “Orta Dəhliz”in əsas seqmentlərindən birinə çevrilir” – İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti həmçinin “Orta Dəhliz” boyunca gömrük prosedurlarının sadələşdirildiyini qeyd edib.

“Türk Dövlətləri Təşkilatı” çərçivəsində hazırlanmış e-Permit sistemi elektron icazələrin sürətli verilməsini təmin edir” – İlham Əliyev bildirib.