İlham Əliyev - Biz Ermənistanla ticarətə artıq başlamışıq, əminəm ki, sülh davam edəcək
İlham Əliyev - Biz Ermənistanla ticarətə artıq başlamışıq, əminəm ki, sülh davam edəcək

 

Biz Ermənistanla ticarətə artıq başlamışıq, əminəm ki, sülh davam edəcək – bu haqda Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan Prezidentinin sözlərinə əsasən, ölkələr artıq yeddi aydır ki, sülh içində yaşayırlar.

“Müstəqillik 1991-ci ildə əldə edilib və yalnız son yeddi ay ərzində dinc dövr olub. Əminəm ki, sülh davam edəcək. Biz ticarətə və Ermənistanı vacib neft məhsulları ilə təchiz etməyə artıq başlamışıq. Bu, bir daha güclü siyasi iradəmizin nümayişidir. Düşünürəm ki, bu, hər iki tərəfin sağlam münasibətlər qurmaq və sülhə sadiq qalmaq niyyətinin ən yaxşı göstəricisidir. Buna görə də gündəliyimizin əsas mövzusu regionda təhlükəsizlik məsələlərinin müzakirəsidir” – İlham Əliyev qeyd edib.