İlham Əliyev - Bakı-Tbilisi-Qars layihəsi zamanı böyük müqavimətlə üzləşmişdik, xüsusilə Amerika Birləşmiş Ştatları bunun əleyhinə idi və ovaxtkı Gürcüstan rəhbərliyinə ciddi təzyiq göstərilmişdi
İlham Əliyev - Bakı-Tbilisi-Qars layihəsi zamanı böyük müqavimətlə üzləşmişdik, xüsusilə Amerika Birləşmiş Ştatları bunun əleyhinə idi və ovaxtkı Gürcüstan rəhbərliyinə ciddi təzyiq göstərilmişdi

 

Bakı-Tbilisi-Qars layihəsinin icrası zamanı böyük müqavimətlə üzləşmişdik, indi bunu sizə danışa bilərəm, xüsusilə Amerika Birləşmiş Ştatları bunun əleyhinə idi – bu haqda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Bununla yanaşı, Əliyev bildirib ki, ovaxtkı Gürcüstan rəhbərliyinə ABŞ tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin.

“Bakı-Tbilisi-Qars layihəsinin icrası zamanı böyük müqavimətlə üzləşmişdik. İndi bunu sizə danışa bilərəm. Xüsusilə Amerika Birləşmiş Ştatları bunun əleyhinə idi. Səbəb isə onların amerikayönümlü siyasəti idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyurdu. Məhz buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il gürcü tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik” – Əliyev bildirib.