İlham Əliyev - Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, daha geniş coğrafiyanın enerji xəritəsi dəyişib
İlham Əliyev - Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, daha geniş coğrafiyanın enerji xəritəsi dəyişib

 

Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, daha geniş coğrafiyanın enerji xəritəsi dəyişib – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Laçında Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır.

“Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb və bu gün bərpa olunan enerji istehsalı və ixracı istiqamətində genişmiqyaslı layihələr başlayıb. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır” – Əliyev qeyd edib.