İlham Əliyev - Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağa artıq uyğunlaşıblar, Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcək
İlham Əliyev - Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağa artıq uyğunlaşıblar, Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcək

 

Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağa artıq uyğunlaşıblar, Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcək – bu haqda Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Laien ilə görüş zamanı deyib.

İlham Əliyev sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Antonio Koşta və Ursula fon der Laien Əliyevi Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik ediblər və bunun regionda dayanıqlı sülhün təmin olunmasına kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Onlar həmçinin qeyd ediblər ki, regionda nəqliyyat əlaqələrinin inkişafı Avropa İttifaqı üçün mühüm prioritetdir.