Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına gedib. Bu barədə məlumatı Azərbaycan mediası yayır.
Medianın məlumatına əsasən, İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir. Rəsmi şəxslər Azərbaycan Prezidentini Endryus aviabazasında qarşılayıblar.
Yayılmış məlumata əsasən, avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderlərinə ev sahibliyi edəcək və tərəflər arasında anlaşma memorandumu imzalanacaq.