İlham Əliyev - siyasi sabitlik ölkələrimizi birləşdirən amildir, bu gün müharibələr geniş vüsət alıb, ölkələrimizdə sülh hökm sürür, bu da dövlətlərimizin və xalqlarımızın böyük nailiyyətidir
İlham Əliyev - siyasi sabitlik ölkələrimizi birləşdirən amildir, bu gün müharibələr geniş vüsət alıb, ölkələrimizdə sülh hökm sürür, bu da dövlətlərimizin və xalqlarımızın böyük nailiyyətidir

 
Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz-bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının sammitindəki çıxışında deyib.

Əliyev bildirib ki, dünyanın bir çox regionlarında münaqişələr, müharibələr vüsət almışkən, region ölkələrində sülh və sabitlik hökm sürür, bu da mühüm nailiyyətdir.

“BMT proqramı yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. BMT proqramı həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir”- deyə İlham Əliyev bildirib.