İlham Əliyev – İstəyi olması halında, Gürcüstan Dağlıq Qarabağın yenidən qurulması üçün ortaq platformaya qoşula bilər

16:07, 26.02.2021

İstəyi olması halında, Gürcüstan Dağlıq Qarabağın yenidən qurulması üçün ortaq platformaya qoşula bilər, – bu barədə Azərbaycan prezidenti İlham Əliyev yerli və xarici jurnalistlərlə video görüş zamanı bəyan etdi.

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirinin müavinləri səviyyəsində işçi qrupunun işindən danışan Azərbaycan Prezidenti onun işinin nəticələrinin bütün bölgə üçün vacib olduğunu qeyd etdi.

“Həm Türkiyə, həm də İran və Gürcüstan gələcəkdə istəsələr bu platformaya qoşula bilərlər”, – dedi Əliyev.

Xatırladaq ki, 27 sentyabr 2020-ci ildə Dağlıq Qarabağda aktiv döyüş əməliyyatları başladı. Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 9 noyabrda Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq sənəd imzaladılar.

11 yanvarda liderlər bölgədə nəqliyyat və iqtisadi əlaqələr qurmaq üçün üç ölkənin baş nazir müavinləri səviyyəsində işçi qrupu yaratmağı qəbul etdilər.

Oxşar