İlhaq olunmuş Krımda Ukrayna dronlarının hücumu nəticəsində iki nəfər həlak olub, zərbə nəticəsində Krım körpüsünə ziyan dəyib, körpüdə hərəkət dayandırılıb

11:39, 17.11.2026

 

İlhaq olunmuş Krımda Ukrayna dronlarının hücumu nəticəsində iki nəfər həlak olub, Krım körpüsündə hərəkət dayandırılıb. Bu barədə ilhaq olunmuş Krımın qondarma rəhbəri Serqey Aksionov açıqlayıb.

Rusiyanın Nəqliyyat Nazirliyinin bəyanatına əsasən, pilotsuz uçuş aparatlarının hücumu səbəbindən Krım körpüsündə avtomobil və dəmir yolu hərəkəti müvəqqəti dayandırılıb. Qurumun məlumatına əsasən, mütəxəssislər hücum nəticəsində dəymiş ziyanı qiymətləndirirlər. İlkin məlumata əsasən, körpüyə edilən hücum nəticəsində heç kim yaralanmayıb.

Hücum haqda Ukrayna mediası da məlumat yayır. Onların məlumatında, gecə Kerç körpüsü ətrafında bir neçə güclü partlayış səsinin eşidildiyi deyilir. Yerli sakinlər, partlayışlardan əvvəl raket təhlükəsi ilə bağlı xəbərdarlıq edildiyinə dair məlumat veriblər.

Ukrayna mediasının məlumatına əsasən, hücum nəticəsində körpünün tağlarından birinə ziyan dəyib, lakin hazırda dəymiş ziyanın dəqiq miqyası müəyyən edilməyib. Yayılan foto və videomaterialda körpünün avtomobil hərəkəti hissəsində yol örtüyünün ciddi şəkildə çökdüyü görünür, bu səbəbdən də həmin hissədə hərəkət etmək imkansızdır.

Oxşar