İlhaq olunmuş Krım haqqında sualı cavabsız qoyduğuna görə, Litvanın mədəniyyət naziri İqnotas Adomaviçius vəzifəsini tərk edib
İlhaq olunmuş Krım haqqında sualı cavabsız qoyduğuna görə, Litvanın mədəniyyət naziri İqnotas Adomaviçius vəzifəsini tərk edib. Bu haqda məlumatı yerli media yayır.
Litvanın Baş naziri İnqa Ruqinene ondan vəzifəsini tərk etməsini tələb edib.
Adomaviçius, bunu öz səhvlərinə görə deyil, ailəsinin təhlükəsizliyini təhdid edən kənar təzyiqə görə etdiyini bildirib.
“Bu gün ailəmin təhlükəsizliyi naminə və cəmiyyəti nəzərə almaqla, hökuməti məhv etmək deyil, əksinə ona fəaliyyətini davam etdirməsində kömək etmək üçün mədəniyyət naziri vəzifəsini tərk edirəm. Tezliklə bəyanatımı İnqa Ruqineneyə təqdim edəcəyəm” – Adomaviçius bildirib.
Məlumat üçün bildirək ki, Litvanın mədəniyyət naziri İqnotas Adomaviçius Krımın kimə məxsus olması ilə bağlı suala cavab verməyib.
Yerli mediaya əsasən, Litvanın mədəniyyət naziri Krımın kimə məxsus olduğu sualına səssiz qalıb, daha sonra isə jurnalistdən bu mövzuya ümumiyyətlə toxunmamasını xahiş edib. Medianın yazdığı kimi, Adomaviçiusun vəzifəyə təyin olunması əvvəldən mədəniyyət sahəsinin nümayəndələrinin narazılığına səbəb olub, çünki onun milli rəssamlıq məktəbini bitirməsi istisna olmaqla, mədəni sektorla heç bir əlaqəsi yoxdur.