İkinci İlianın nəşi bu gün Üçlük məbədinə aparılacaq, yürüş saat 16:00-da başlayacaq
İkinci İlianın nəşi bu gün Üçlük məbədinə aparılacaq, yürüş saat 16:00-da başlayacaq

 

Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata əsasən, İkinci İlianın nəşi bu gün Əqdəs Üçlük adına patriarxal məbədə aparılacaq.

Yayılmış məlumatda deyildiyi kimi, yürüş saat 16:00-da başlayacaq.

“Bu gün, 2026-cı ilin martın 18-də həzrətləri, ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlianın nəşi Patriarxal İqamətgahından Əqdəs Üçlük adına patriarxal məbədə aparılacaq. Yürüş saat 16:00-da başlayacaq”- yayılmış məlumatda deyilir.

Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişib.