İkinci İlianın xatirəsini yad etmək üçün Üçlük məbədi 24 saat boyunca açıq olacaq
İkinci İlianın xatirəsini yad etmək üçün Üçlük məbədi 24 saat boyunca açıq olacaq

 

Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin məlumatına əsasən, Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın xatirəsini yad etmək üçün Üçlük patriarxal məbədi 24 saat boyunca açıq olacaq.

“Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia həzrətlərinin xatirəsini yad etmək üçün Əqdəs Üçlük patriarxal məbədi 24 saat boyunca açıq olacaq. Din xadimləri və möminlər istənilən vaxt məbədə gələrək onun ruhuna ehtiramlarını bildirmək imkanına daim malik olacaqlar” – məlumatda qeyd olunub.

Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişib. Patriarxın vəfatına görə Gürcüstanda matəm elan edilib.

İkinci İlianı martın 22-də Sioni məbədində dəfn edəcəklər.