İkinci İlia – Vətənini sevən daha bir seçilən şəxsiyyətini itirdi ölkəmiz, Mamuka Çarkvianinin ölməz ruhu üçün dua edirik
İkinci İlia – Vətənini sevən daha bir seçilən şəxsiyyətini itirdi ölkəmiz, Mamuka Çarkvianinin ölməz ruhu üçün dua edirik

Bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia Mamuka Çarkvianinin vəfatı ilə bağlı başsağlığı verib.

“Vətənini sevən daha bir seçilən şəxsiyyət ölkəmizdən ayrıldı.

Cənab Mamuka Çarkviani – böyük kədər yaşamış, eyni zamanda dözümlü insan, çox istedadlı, zərif zövqlü, gürcü mədəniyyətinin görkəmli nümayəndəsi, musiqiçi, bəstəkar, müəllif-ifaçı dünyəvi həyatdan ayrılaraq əbədiyyətin sakini oldu.

Doğrudur, o, bizdən uzaqlaşdı, amma bu dünyada onun milli ahənglərlə dolu mahnıları qaldı, əsasən atası – cənab Cansuxun şeirlərinə yazılmış əsərləri, hansı ki nəsillərdə yaşayacaq.

Dua edirik cənab Mamukanın ölməz ruhu üçün, qoy Rəbb onu salehlərin məskənində yerləşdirsin, ailə üzvlərinə, yaxınlarına və yaradıcılığını qiymətləndirənlərə isə sülh və Mamuka üçün dua etmə gücü bəxş etsin”, – deyilir İkinci İlianın başsağlığı məktubunda, hansı ki Gürcüstan Patriarxlığının səhifəsində dərc olunub.