İkinci İlia - Tanrı ölkəmizə birlik, əmin-amanlıq və firavanlıq nəsib etsin
Gürcüstan Patriarxlığı Müqəddəs Nikolozun anım günü ilə əlaqədar Gürcüstanın katolikos-patriarxı II İlianın təbrikini yayır.
“Hamını dünyanın böyük müqəddəsi və Gürcüstan kilsəsinin görkəmli himayədarı olan Müqəddəs Nikolozun anım günü münasibətilə təbrik edirəm. Onun şəfaəti və dünən və srağagün andığımız Dəməşqli Müqəddəs İoane, Müqəddəs Barbare və Müqəddəs Sabanın şəfaəti sizin hər birinizin və bütün Gürcüstanın üstündən əksik olmasın. Tanrı ölkəmizə birlik, əmin-amanlıq və firavanlıq nəsib etsin” – patriarxın təbrik mətnində qeyd olunub.