İkinci İlia - Qərbdəki nailiyyətləri öyrənmək istəyirik, dilləri öyrənmə qrupu yaradılmalıdır, görüləcək çox iş var, öz işimizi özümüz görməliyik
Qərbdəki nailiyyətləri öyrənmək istəyirik, dilləri öyrənmə qrupu yaradılmalıdır, görüləcək çox iş var, öz işimizi özümüz görməliyik – bu haqda Ümumi Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Bichvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlia qeyd edib.
Gürcüstan Patriarxlığı “Facebook” səhifəsində 2024-cü ilin 25 dekabr tarixli video dərc edib, videoda Sinodun üzvləri İkinci İlianın taxta çıxmasının 47-ci ildönümünü qeyd etmək üçün toplaşıblar.
“Xaricdə yeparxiyalar açmağımız faktı çox vacibdir, bizim orada yepiskoplarımız var: Amerikada, İngiltərədə və Avropada. Bunu ona görə gücləndirmək lazımdır ki, orada gürcülər yaşayır və gürcülər gürcü dilini unutmasınlar. Qərbdəki nailiyyətləri öyrənmək istəyirik, dilləri öyrənmə qrupu yaradılmalıdır, görüləcək çox iş var, öz işimizi özümüz görməliyik. Sizə böyük uğurlar arzulayıram. Tanrı sizi qorusun. Mən duaya görə minnətdaram, tanrı bizimlədir, mən də sizinləyəm, siz mənimləsiniz” – İkinci İlia qeyd edib.
Bununla yanaşı, Axalkalaki və Kumurdonun mitropoliti Nikoloz Paçuaşvili II İliaya müraciət edib: “Hələ kommunistlərin dövründə, indi müasir insan bunun nə demək olduğunu ola bilsin başa düşə bilməsin, siz Tbilisidən çıxaraq Poka kəndinə yazıldınız. Bu, tarixi hadisə idi. Əslində, gürcü sözünün təbliği də elə buradan başladı, demək olar ki, bu guşə gürcülər üçün itirilmiş idi”.
İkinci İlia buna cavab olaraq dedi:
“Ora bağlı idi, post var idi və biz oraya keçmək üçün avtomobillərlə getdik. Bizi buraxmadılar. Mən dedim ki, Gürcüstanın patriarxıyam. Mənim keçməyə haqqım var. Dedilər ki, sizin haqqınız yoxdur. Sonra ev almağa qərar verdik. Sədr gürcü idi, bizi dəstəkləyirdi. Evin sənədi hazırlanarkən bütün kənd bizim həyətə toplaşdı. Sahibini söyürdülər, gürcülərə niyə satırsan deyirdilər. Hiss edirdim ki, bu müqavimət olacaqdı və çıxıb camaata dedim: Bizi niyə itirirsiniz? Biz sizin üçün də çalışacağıq və evi rəsmiləşdirdik. İndi yalvarırlar ki, ev alın. Tbilisidən çıxaraq Poka kəndinə yazılmışam. Hərəkətimiz belə başladı” – İkinci İlia qeyd edib.