İkinci İlia - Müqəddəs Məryəmdən istəyim budur ki, öz mərhəmətini Gürcüstandan əksik etməsin
Müqəddəs Məryəmdən istəyim budur ki, öz mərhəmətini Gürcüstandan əksik etməsin, – bu haqda Sioni Kafedral kilsəsində Gürcüstanın katolikos-patriarxı  İkinci İlia bəyan etdi.
“Hər birinizi Mariamoba bayramı münasibətilə təbrik edirəm. Bu gün bütün dünya, xüsusilə də Gürcüstan üçün böyük gündür.Müqəddəs Məryəmdən istəyim budur ki, öz mərhəmətini Gürcüstandan əksik etməsin.
Biz şadıq ki, bizimlə birgə dua mərasimində baş nazir, Gürcüstanın nazirləri, Parlament sədri və üzvləri iştirak edirlər”, – patriarx qeyd etdi.
Mariamoba günü ilə bağlı dua mərasimini Sioni Kafedral kilsəsində Gürcüstanın katolikos-patriarxı İkinci İlia keçirdi.Dua mərasimində baş nazir digər iqtidar nümayəndələri ilə bərabər iştirak etdi.