İkinci İlia - 1933-2026 - Sioniyə vətəndaşların axını
İkinci İlia - 1933-2026 - Sioniyə vətəndaşların axını

 

Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Bicvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlia həzrətlərinin dünyasını dəyişməsindən düz bir həftə keçdi.

Sioni Patriarxlıq məbədində zəvvarların axını dayanmır.

Martın 22-dən sonra, Patriarx İkinci İlianın nəşini Üçlük Kafedral məbədindən Sioni məbədinə gətirdikdən sonra, Gürcüstanın bütün bölgələrindən insanlar ona ehtiramlarını bildirmək üçün gəlirlər.

Həzrətləri üçün məzar hələlik sona qədər hazırlanmayıb, tamamlanma işləri qalıb.

Din xadimləri Sionidə 40 gün boyunca yas mərasimi keçirəcəklər.