İkinci dünya Müharibəsinin veteranlarının pensiyaları ikiqat artacaq
İkinci dünya Müharibəsinin veteranlarının pensiyaları ikiqat artacaq, – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.
Giorgi Kvirikaşvili qeyd etdi ki, İkinci Dünya Müharibəsinin veteranları xüsusi hörmətə layiqdirlər.
“Dünən 9 May qələbə gününü İkinci Dünya Müharibəsinin veteranları ilə bərabər qeyd etdik. Bu çox həyəcan dolu və emosiyalı bir görüş idi. O insanlar əməkdar qəhramanlardır, hansılar ki, vətənlərini qorumaq üçün həyatlarını fəda etməkdən çəkinmədilər. Onlar xüsusi hörmətə layiqdirlər.
“İkinci Dünya Müharibəsinin veteranlarının pensiyalarını ikiqat artırmaq və bununla onlara öz dərin hörmətimi bildirmk istəyirəm. Təəssüf ki, onlar çox az qalıblar və onların hər birinə xüsusi diqqət göstərmək lazımdır.
Onların hər birini yenə bir dəfə böyük qələbə günü ilə təbrik edirəm” – dedi Giorgi Kvirikaşvili.