İki tərəfli atışma nəticəsində bir erməni və iki azərbaycanlı əsgər yaralanıb
Ermənistan və Azərbaycan hərbçiləri arasında ikitərəfli atışma olub.
Məlumatı Ermənistan KİV-i Ermənistan Baş Qərargahının informasiya şöbəsinin müdiri Samvel Asatryanın açıqlamasına əsasən yayır.
Asatrian, Qeğarkunik bölgəsinin Verin Şorja kəndi yaxınlığında Ermənistan və Azərbaycan qoşunları arasında ikitərəfli atışma olduğunu söylədi. Onun sözlərinə görə, atışma nəticəsində bir erməni və iki azərbaycanlı əsgər yaralanıb.
Azərbaycan tərəfi hələ hadisə ilə bağlı açıqlama verməyib.