İki rus neft tankeri Qara dənizdə qəzaya uğrayıb

10:49, 16.12.2024

 
İki rus neft tankeri Qara dənizdə qəzaya uğrayıb. Neft tankerlərində 27 ekipaj üzvü olub. Bu haqda məlumatı “BBC” yayır.

Versiyalardan birinə görə, tankerlərə dəyən ziyana güclü fırtına səbəb olub. Yayılmış görüntülərdə tankerlərdən birinin yarıya bölündüyü və batdığı görünür.

Hadisə nəticəsində azı bir ekipaj üzvünün həlak olduğu bilinir. Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, tankerlərdən biri “Vologoneft 212”, digəri isə “Vologoneft 239”dur.

“BBC”nin məlumatına əsasən, hadisə Kerç boğazında, ilhaq edilmiş Krımın sahillərindən səkkiz kilometr aralıda baş verib. Hadisə yerinə helikopterlər və yardım qrupları göndərilib.

Rusiyanın Prezidenti Vladimer Putin insidentlə bağlı işçi qrupunun yaradılması qərarını qəbul edib.

Oxşar