İctimai Yayımçının efirində Salome Zurabişvili ilə müsahibə cümə axşamı saat 22:00-da baş tutacaq
İctimai Yayımçının efirində Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə müsahibə cümə axşamı saat 22:00-da baş tutacaq.
Salome Zurabişvili dekabrın 1-də keçirilən brifinqdə müsahibə ilə bağlı təşəbbüslə çıxış edib.
Gürcüstanın Birinci Kanalı kanalın Salome Zurabişvilini dərhal birbaşa efirə dəvət etməyə hazır olduğunu bəyan edib.
Prezidentin nümayəndəsi Gürcüstanın Birinci Kanalına müsahibənin çərşənbə axşamı və ya çərşənbə gününə planlaşdırıla biləcəyi haqda məlumat verib.
Sonda, Salome Zurabişvili ilə müsahibənin Gürcüstanın Birinci Kanalında cümə axşamı, dekabrın 5-i baş tutacağı qərara alınıb.