İctimai Yayımçının 2025-ci il üzrə hesabatı
Mədəniyyət Komitəsi İctimai Yayımçının 2025-ci il üzrə hesabatını müzakirə edib və dəstəkləyib. Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze sənədi deputatlara təqdim edib. O, yayımçının yeni binada tam fəaliyyət göstərməsi məsələsinə, Birinci Kanalın irimiqyaslı layihələrinə, o cümlədən Uşaq Avroviziya Mahnı Müsabiqəsinin ən yüksək səviyyədə keçirilməsi faktına və yaxın gələcəkdə planlaşdırılan yeniliklərə diqqət yönəldib. Onun sözlərinə əsasən, xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi ilə əlaqədar Birinci Kanalda verilişlər silsiləsi nümayiş olunacaq, qorunan ərazilərin və sağlam həyat tərzinin populyarlaşdırılması üçün mühüm layihə başlayacaq. Mədəniyyət Komitəsinin iclasında Vasil Mağlaperidze İctimai Yayımçının futbol üzrə dünya çempionatını nə üçün nümayiş etdirə bilməyəcəyinin səbəblərini də izah edib. Qəyyumlar Şurasının sədrinin məruzəsindən sonra iclas sual-cavab formatında davam edib. Deputatlar əsasən İctimai Yayımçının mədəni-maarifləndirici layihələri, arxivin rəqəmsallaşdırılması məsələsi və yayımçının maliyyələşdirilməsi nəzərə alınmaqla, Birinci Kanalın reytinqləri ilə maraqlanıblar.