İctimai Yayımçı sistematik hücumlar və redaksiya müstəqilliyinə müdaxilə cəhdi ilə əlaqədar narahatlığını ifadə edir
İctimai Yayımçı ölkədəki gərgin vəziyyət fonunda, müxtəlif tərəflərin Birinci Kanala sistematik hücumları, redaksiya müstəqilliyinə müdaxilə və müstəqil jurnalist fəaliyyətinə maneə olmaq cəhdi ilə əlaqədar narahatlığını ifadə edir.
İctimai Yayımçı öz fəaliyyətini qanunla müəyyən edilmiş məzmun öhdəliklərinə uyğun həyata keçirir və jurnalist etikası normalarına tam əməl etməklə, obyektiv şəkildə, şəffaflıq, ədalətlilik və qərəzsizlik prinsiplərini nəzərə almaqla bütün cəmiyyətə xidmət edir ki, bunu da ATƏT/DTİHB-nin rəyi təsdiqləyib. Təəssüf ki, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili İctimai Yayımçıya qarşı xüsusi aqressiya nümayiş etdirir və kanalı nüfuzdan salmaq məqsədilə qəsdən dezinformasiya yayır, o cümlədən Avropa Parlamenti kimi mühüm məkanlarda. Onun tərəfindən kanala edilmiş təhdid və kanalın cəzalandırılması haqda çağırışla bağlı heç nə demirik, bu media ilə münasibətlərin istənilən standartından kənarda qalır.
Siyasətçilərin bu cür hücumları müəyyən ictimai qrupları və fərdi şəxsləri medianın fəaliyyətinə müdaxiləni, İctimai Yayımçının jurnalistləri və əməkdaşlarına qarşı təhqiri, bullinqi və nifrət nitqindən istifadəni qanuni hesab etməyə təşviq və təhrik edir.
Biz bütün tərəfləri, xüsusən də siyasətçiləri bu çətin zamanda peşəkarlığı və peşəkar standartları qorumağa çağırırıq. Müstəqil mediaya dezinformasiya yolu ilə təzyiq göstərmək və jurnalistləri qorxutmaq cəhdi narahatlıq doğurur.
İctimai Yayımçı bütün cəmiyyətə aiddir; Heç bir siyasi və ictimai qrupun onu inhisara almaq və başqaları üçün bağlamaq hüququ yoxdur.
Burada, aydındır ki, hər kəs üçün məqbul olmayacaq və hər kəs tərəfindən bəyənilməyəcək müxtəlif ideya və düşüncələr səslənir, hamı bunu anlayışla qarşılamalıdır, çünki İctimai Yayımçının təyinatı məhz budur və buna görə İctimai Yayımçının əməkdaşlarına qarşı bullinq qəbuledilməzdir və ölkədəki demokratik proseslərə ziyan vurur. Fərqli fikir və ideyaya jurnalistlərin ləyaqətini alçaltmaqla deyil, fikir və ideya ilə qarşı çıxmaq lazımdır.
Buradaca, ictimaiyyətin nəzərinə çatdırmaq istərdik ki, İctimai Yayımçı yanvarın 13-dən etibarən praym-taym efirini yeniləyəcək və o, hər zaman olduğu kimi, fikirlərini ifadə etmək və müzakirə üçün hamıya, o cümlədən fərqli mövqedə olan bütün tərəflərə açıq olacaq. Radikallaşmanın dərinləşməsi üçün deyil, mövqelərin yaxınlaşması üçün bütün vacib mövzulara vaxt ayırmağa mümkün qədər çalışacağıq.