İctimai Yayımçı “Rəngarəng Gürcüstan” layihəsində Azərbaycan dilini bilən jurnalist vakansiyasına müsabiqə elan edir

18:47, 24.12.2018

İctimai Yayımçı “Rəngarəng Gürcüstan” layihəsində Azərbaycan dilini bilən jurnalist mövqesinə müsabiqə elan edir.

İşin təsviri: İctimai Yayımçının “Rəngarəng Gürcüstan” şöbəsinin Azərbaycan dilli televiziya – Birinci Kanal üçün media məhsullarının yaradılmasında iştirak etmək

Kvalifikasiya tələbləri:

  • Ali təhsil və ya Ali təhsil müsəssisəsi tələbəsi (müvafiq istiqamət prioriteti təşkil edəcək)
  • Gürcü və Azərbaycan dillərini mükəmməl bilmək

İş qrafiki: nizamsız iş saatları

Lazımi bacarıqlar:

  • Səlist nitq
  • Sərbəst və qrup işi bacarığı
  • Təşkilatı bacarığı olan, punktual və nəticələrə yönəldilmiş
  • Detallara qarşı diqqətli olmaq
  • Ünsiyyətcil olmaq

Maraqlanan namizədlərdən xahiş edirik, rezümeni (CV) elektron ünvan: [email protected] – yə göndərin; Xahiş edirik ki, başlıq  hissəsində (subject) müvafiq vakansiyanın başlığını qeyd edəsiniz, əks təqdirdə sizin namizədliyiniz nəzərə alınmayacaq. Uğurlar arzulayırıq! Ərizənin son qəbul tarixi: 4 yanvar, 2019-ci il.

 

Oxşar