İctimai Yayım Qəyyumlar Şurasının sədri İrina Putkaradze və Şuranın üzvü Bela Osipova Çexiya səfiri ilə görüşdü

Gürcüstan İctimai Yayımçısının Qəyyumlar Şurasının sədri İrina Putkaradze və Şuranın üzvü Bela Osipova Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Mikiska ilə görüşdülər.

Görüşdə Şura üzvləri İctimai Yayımçının planları, mövcud vəziyyət barədə səfirə məlumat verdilər; İctimai Yayımçının Qəyyumlar Şurasının qurumu gücləndirmək üçün atdığı addımlardan da danışıldı.

Petr Makiska İctimai Yayımçının əhəmiyyətli rolundan bəhs etdi və eyni zamanda İctimai Yayımçının uğurlu fəaliyyətinin əsas institusional qurumlarından biri olaraq Qəyyumlar Şurası institutunun gücləndirilməsini dəstəklədi. Bu baxımdan gələcəkdə konkret istiqamətdə əməkdaşlıq planlaşdırılırdı.