İctimai Təhlükəsizlik və Polis Akademiyasına ali təhsil müəssisəsi statusu verilib

11:15, 18.08.2026

 

Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik və Polis Akademiyasına altı il müddətinə şərtsiz icazə verilib və ali təhsil müəssisəsi statusu qazanıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, icazə nəticəsində Akademiya “İctimai təhlükəsizlik və polis işi” bakalavr proqramının akkreditasiyası məqsədilə Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinə müraciət etmək hüququ qazanıb.

Proqram ali təhsilin birinci pilləsinə – bakalavriata aiddir. Proqramın məqsədi ictimai təhlükəsizliyin və asayişin qorunması, cinayət və digər hüquq pozuntularının aşkar edilməsi, qarşısının alınması, təhqiqatı, təhlili və profilaktikası istiqamətində yüksək ixtisaslı kadrlar hazırlamaqdır.

Proqramı başa vuran məzunlara ictimai təhlükəsizlik və polis işi üzrə bakalavr ixtisas dərəcəsi veriləcək.

Polis Akademiyası peşə təhsili proqramları ilə yanaşı, ali təhsil proqramlarını da həyata keçirə biləcək.

Oxşar