İctimai nəqliyyatda təmbəkinin istifadəsinə görə cərimənin 500-dən 200 lariyə qədər azaldılması mümkündür
İctimai nəqliyyatda təmbəkinin istifadəsinə görə təyin olunan cərimənin azaldılması mümkündür.
Müvafiq dəyişiklik “Təmbəkiyə nəzarət haqqında” qanuna daxil edilir ki, bunun da təşəbüskarı Parlamentin səhiyyə komitəsidir.
Dəyişikliyə əsasən carimə 500-dən 200 lariyə qədər azaldılır.
Həmçinin qanunlayihəyə əsasən, 1000 laridən 400 lariyə qədər, təkrar hala görə təyin olunmuş cərimənin miqdarı da azalır.
Qeyd olunan qanunlayihənin təhriki büronun sabahkı iclasında planlaşdırılır.
Gürcüstanda təmbəkinin istifadəsinin məhdudiyyətləri cari ilin mayın birində qüvvəyə mindi.