Təhsil islahatına əsasən, ictimai məktəblərin 11-ci sinfi ixtisaslaşdırılacaq.
Təhsil naziri Qivi Mikanadzenin “Ümumi Təhsil İslahatı Konsepsiyası”nın təqdimatında bildirdiyi kimi, şagirdlər 11-ci sinifdə yalnız milli imtahanlarda imtahan verəcəkləri fənləri öyrənmək imkanına malik olacaqlar.
“11-ci sinfi, buraxılış (son) sinfi ixtisaslaşdırmağımız vacibdir. Bu, ilk növbədə, şagirdləri məktəbə qaytarmağa, məktəbin prestijini, nüfuzunu artırmağa və ailələri, şagirdlərin milli imtahanlara hazırlığı ilə bağlı maliyyə məsələlərindən yaranan təzyiqdən uzaqlaşdırmağımıza xidmət edir. 11-ci sinifdə uşaqların yalnız milli imtahanlarda imtahan verəcəkləri fənləri öyrənmək imkanına malik olacaqları “repetitorium” olaraq bilinən sistemi tətbiq edirik. Bu, hər bir şagirdə maksimum səviyyədə iştirak etmək imkanı verəcək intensiv, bir illik tədris proqramı olacaq. Onlara əlavə olaraq məktəbdən kənar tədris proseslərinə qoşulmaq artıq lazım olmamalıdır. Bütün tədris prosesi məhz milli imtahanlar proqramına ən yaxın olan fənlər və materiala yönəldiləcək” – Mikanadze bildirib.