İctimai məktəblərdə birinci sinif şagirdlərinin qeydiyyatının son mərhələsi bu gündən başlayıb
2026-2027-ci tədris ili üçün ictimai məktəblərdə birinci sinif şagirdlərinin qeydiyyatının son mərhələsi bu gündən başlayıb.
Publik hüquqi şəxs Təhsilin İdarəedilməsi İnformasiya Sisteminin məlumatına əsasən, yekun mərhələdə valideyn və ya qanuni nümayəndə iyulun 31-i də daxil olmaqla uşağı istədiyi ictimai məktəbdə qalan boş və ya əvvəlki mərhələlər başa çatdıqdan sonra azad olunmuş yerlərə qeydiyyatdan keçirmək imkanına malikdir.
Qeydiyyat məqsədilə valideyn və ya qanuni nümayəndə istədiyi ictimai məktəbə ərizə ilə müraciət etməli və şəxsiyyəti təsdiq edən sənədin və uşağın doğum haqqında şəhadətnaməsinin surətini təqdim etməlidir.
Şagirdin qeydiyyatını təqdim olunmuş sənədlər əsasında müvafiq ictimai məktəb təmin edir.
İctimai məktəblərdəki boş yerlər, növbələr və sektorlar haqqında məlumat Təhsilin İdarəedilməsi İnformasiya Sisteminin onlayn portalında – skolebi.emis.ge-də əlçatandır.
Təhsilin İdarəedilməsi İnformasiya Sistemi valideynləri və qanuni nümayəndələri qeydiyyat üçün müəyyən edilmiş müddətləri nəzərə almağa və 20–31 iyul tarixlərində istədikləri ictimai məktəbə müraciət etməyə çağırır.
Qeydiyyat prosesi ilə bağlı əlavə məlumatı Təhsilin İdarəedilməsi İnformasiya Sisteminin qaynar xəttindən – (+995 32) 2 200 220 və ya [email protected] elektron poçt ünvanından əldə etmək mümkündür.