İctimai məktəblərdə birinci sinif şagirdlərinin qeydiyyatı başlayır, yalnız sentyabrın 15-i də daxil olmaqla 6 yaşı tamam olacaq uşaqlar qeydiyyatdan keçə biləcəklər
İctimai məktəblərdə birinci sinif şagirdlərinin qeydiyyatı başlayır, yalnız sentyabrın 15-i də daxil olmaqla 6 yaşı tamam olacaq uşaqlar qeydiyyatdan keçə biləcəklər

 

Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi 2026-2027-ci tədris ili üçün ictimai məktəblərdə birinci sinif şagirdlərinin qeydiyyatı üçün müddətləri və şərtləri müəyyən edib.

Gürcüstanın “Ümumi Təhsil haqqında” Qanununa məktəb yaşı ilə əlaqədar dəyişiklik edilib. Xüsusilə, 2026-2027-ci tədris ilində yalnız sentyabrın 15-i də daxil olmaqla 6 yaşı tamam olacaq uşaqlar birinci sinfə qeydiyyatdan keçə biləcəklər.

2026-2027-ci tədris ilindən birinci sinif şagirdlərinin qeydiyyat prosesinə də dəyişiklik edilir. Ümumi qeydiyyata başlama mərhələsinə qədər, şagirdlər üçün yaşayış yerlərinə (qeydiyyatın) yaxın ictimai məktəbə qəbul imkanını artırmaq məqsədi daşıyan “Ərazi prinsipi üzrə qeydiyyat”ın üçüncü mərhələsi əlavə edilib.

“Ərazi prinsipi üzrə qeydiyyat” mərhələsinə məktəb rayonlarına bölünmüş 12 şəhər – Tbilisi, Kutaisi, Batumi, Rustavi və inzibati sərhədlərlə məhdudlaşdırılmış Poti, Zuqdidi, Telavi, Ambrolauri, Axaltsixe, Ozurqeti, Mtsxeta və Qori qoşulacaq.

Tbilisi şəhəri halında, məktəb rayonlarının inzibati sərhədləri yaxınlığında yaşayan şagirdlərə, yaşayış yerlərindən 1 kilometrdən artıq məsafədə olmayan qonşu məktəb rayonundakı məktəblərdə də qeydiyyatdan keçmək hüququ veriləcək. Qeyd olunan ünvanların siyahısı və müvafiq məktəblər daha çox çeviklik məqsədilə fərdi inzibati-hüquqi aktla müəyyən ediləcək.

Üçüncü mərhələdə qeydiyyat publik hüquqi şəxs Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin elektron məlumatlar bazasında şagirdin 1 aprel 2026-cı il tarixinə olan qeydiyyat ünvanına uyğun olaraq aparılacaq.

2026-2027-ci tədris ili üçün birinci sinif şagirdlərinin qeydiyyat müddətləri:

I mərhələ – Qeydiyyatın birinci mərhələsində, 2026-cı ilin fevralın 18-dən martın 2-si də daxil olmaqla, xüsusi təhsil ehtiyacı olan uşaqlar məktəblərdə qeydiyyata alınacaqlar.

İlk mərhələdə qeydiyyata alınası uşaqların valideynləri istədikləri ictimai məktəbə ərizə ilə müraciət etməlidirlər. Məktəb rəhbərliyi uşağı Təhsilin İdarəedilməsi üzrə Məlumat Sistemində (EMIS) qeydiyyata alacaq. Xüsusi təhsil ehtiyacını təsdiqləmək məqsədilə, valideyn məktəbdə müvafiq müraciət formasını doldurur, bundan sonra da publik hüquqi şəxs Təhsil Müəssisələrinin Mandatur Xidmətinin İnklüziv və Xüsusi Təhsilə Dəstək Mərkəzinin (idarəsinin) psixo-təhsil qiymətləndirmə və məsləhət üzrə mütəxəssisləri tərəfindən uşağın qiymətləndirilməsi aparılır və onun təhsil ehtiyacları müəyyən edilir. Xüsusi təhsil ehtiyacının təsdiqlənməsi halında, məktəb psixo-təhsil qiymətləndirmənin rəyi və müvafiq sənədlər əsasında şagirdin qəbulunu təmin edəcək.

Birinci mərhələdə qeydiyyatdan keçmiş uşaqlar üçün sənədlərin təqdim edilməsi və qəbul müddəti 2026-cı ilin martın 4-dən aprelin 17-si də daxil olmaqladır.

Xüsusi təhsil ehtiyacı olan uşaq aşağıda sadalananları olan şagird hesab edilə bilər: a) fiziki məhdudiyyət; b) əqli inkişaf pozulması; q) öyrənmə bacarığının pozulması; d) sensor inkişafın pozulması (eşitmə və/və ya görmə); e) nitq inkişafının pozulması; v) davranış və emosional pozulma; z) uzunmüddətli xəstəxanaya yerləşdirilməyə ehtiyac; t) uşağın milli tədris planının tələblərinə tab gətirə bilməməsi səbəbindən sosial amillərdən qaynaqlanan öyrənmə çətinlikləri; i) autizm spektri.

Xüsusi təhsil ehtiyacı təsdiqlənməmiş uşaqlar növbəti mərhələlərdə qeydiyyatdan keçmək imkanına malik olacaqlar.

II mərhələ – Bu mərhələdə şagirdlərin qeydiyyatı və sənədlərin təqdim edilməsi 2026-cı ilin aprelin 21-dən mayın 8-i də daxil olmaqla aparılacaq.

Bu mərhələdə aşağıdakı uşaqlar qeydiyyata alınacaq:
Bacı-qardaşları istədikləri məktəbdə oxuyan;
Valideyni istədikləri məktəbin əməkdaşı olan;
Ailəsindən eyni vaxtda birinci sinfə gedən iki və ya daha çox uşağı olanlar.

İctimai məktəb təqdim olunmuş sənədlər əsasında qeydiyyatı təmin edəcək.

III mərhələ – Ərazi prinsipi üzrə onlayn qeydiyyat – 2026-cı ilin mayın 15-dən mayın 25-i də daxil olmaqla davam edəcək;

Qeydiyyat Təhsilin İdarəedilməsi üzrə Məlumat Sisteminin rəsmi veb saytında registration.emis.ge-də aparılacaq. Qeydiyyatı valideyn/qanuni nümayəndə təmin edəcək.

İctimai məktəblərdə III mərhələdə elektron qeydiyyatdan keçmiş şagirdin qəbul edilməsi üçün lazımi sənədlərin qəbulu 2026-cı ilin mayın 27-dən iyunun 12-si də daxil olmaqla aparılacaq.

IV mərhələ – Ümumi onlayn qeydiyyat 2026-cı ilin iyunun 15-dən başlayacaq və 3 iyul da daxil olmaqla davam edəcək.
Qeydiyyat Təhsilin İdarəedilməsi üzrə Məlumat Sisteminin rəsmi veb saytında registration.emis.ge-də aparılacaq. Qeydiyyatı valideyn/qanuni nümayəndə təmin edəcək.

Elektron qeydiyyatdan keçmiş şagirdin qəbul edilməsi üçün lazımi sənədlər 2026-cı ilin iyulun 6-dan iyulun 17-si də daxil olmaqla qəbul ediləcək.

Şagirdin qəbulu üçün lazımi sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsi halında qeydiyyat avtomatik olaraq ləğv ediləcək.

V mərhələ –Bu mərhələdə, I, II, III və IV mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyən şagirdlər üçün qalan boş yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə qeydiyyat həyata keçiriləcək. Bu mərhələ üçün qeydiyyat və sənədlərin təqdim edilməsi 2026-cı ilin iyulun 20-dən iyulun 31-i də daxil olmaqla müəyyən edilib.

Valideyn/qanuni nümayəndə tərəfindən təqdim edilən lazımi sənədlər əsasında, beşinci mərhələdə şagirdin qeydiyyatını ictimai məktəb təmin edəcək.

Birinci sinfə şagird qəbulu üçün lazımi sənədlər:

Şagirdin qanuni nümayəndəsinin ərizəsi, ərizə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqda məlumatı əhatə etməli və Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə cavab verməlidir, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda yaşamaq üçün icazəni təsdiqləyən sənədin surəti (olduğu təqdirdə). Sənədlərin xarici dildə təqdim edilməsi halında, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi sənədə əlavə edilməlidir.

Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti və ya Gürcüstanda yaşamaq üçün icazəni təsdiqləyən sənədin surəti (olduğu təqdirdə). Sənədlərin xarici dildə təqdim edilməsi halında, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi sənədə əlavə edilməlidir.

Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi uşağı vaxtında və ləngimədən məktəbə yazdırmaq üçün valideynləri qeydiyyatın müddət və şərtləri ilə diqqətlə tanış olmağa çağırır.

Məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayır.