İctimai iaşə obyektləri üçün hazır qidaların birdəfəlik plastik qab və stəkanlarda təqdim edilməsinin qadağasının qüvvəyə minməsi təxirə salınıb
Gürcüstan hökumətinin 8 iyun 2022-ci il tarixli, 304 nömrəli “Qida ilə təmas üçün nəzərdə tutulan plastik materiallar və məmulatlar haqqında” texniki reqlamentinə dəyişiklik edilib.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, dəyişikliklərə əsasən, ictimai iaşə obyektlərində hazır qidaların birdəfəlik plastik qida qabları və plastik stəkanlarda təqdim edilməsinin qadağasının qüvvəyə minməsi təxirə salınıb.
Yeni qərara əsasən, birdəfəlik plastik qida qablarının istifadəsinə qadağa 2027-ci il yanvarın 1-dən, birdəfəlik plastik stəkanların istifadəsinə qadağa isə 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.