İcra Bürosunun nümayəndəsi - Tvalcrelidze N1 ünvanında yerləşən binalar qəzalı vəziyyətdədir, Samxarauli ekspertizasının rəyinə əsasən, daşıyıcı divarlar zədələnib və insanların orada qalması hər gün daha da təhlükəli olur
İcra Bürosunun nümayəndəsi - Tvalcrelidze N1 ünvanında yerləşən binalar qəzalı vəziyyətdədir, Samxarauli ekspertizasının rəyinə əsasən, daşıyıcı divarlar zədələnib və insanların orada qalması hər gün daha da təhlükəli olur

 

Samxarauli Milli Ekspertiza Bürosunun rəyi var, rəydə ekspert qeyd edir ki, daşıyıcı divarlar zədələnib və insanların orada qalması hər gün daha da təhlükəli olur – bu haqda Milli İcra Bürosunun nümayəndəsi Cemal Zuraşvili Tvalcrelidze küçəsində köçürülmə prosesi ilə bağlı mediaya deyib.

Onun sözlərinə əsasən, Samxaraulinin rəyindən sonra Milli İcra Bürosu qeyd olunan icra hərəkətini dayandırmaq və ya təxirə salmaq imkanından məhrumdur.

“Milli İcra Bürosunda qeyd olunan icra işi 2024-cü ilin iyunun 11-də başlayıb. O cümlədən dəfələrlə səfərlər edilib və burada yaşayan insanlara dəfələrlə xəbərdarlıq edilib. Ən əsası, qeyd olunan binalar qəzalı vəziyyətdə olan binalardır. Bunun haqda Samxarauli Milli Ekspertiza Bürosunun rəyi var, rəydə ekspert qeyd edir ki, daşıyıcı divarlar zədələnib və insanların orada qalması hər gün daha da təhlükəli olur. Milli İcra Bürosunun Tərəflərin Maraqlarının Müdafiəsi Departamentinin iştirakı ilə də hər dəfəsində onların hər birinin ehtiyacları öyrənilib, müvafiq qurumlara yönləndiriliblər. Həmçinin, kreditor tərəf dövlət qurumları ilə birlikdə qeyd olunan ünvanda yaşayan insanlara müxtəlif yaşayış sahələrinə kirayə yolu ilə köçürülməyə kömək etməyə hazır olduğunu bildirirdi.
Köçürülmə prosesinə gəlincə, artıq iki dəfə təyin olunmuşdu, lakin yenə də tərəflərin maraqlarını nəzərə almaqla, o cümlədən danışıqların mümkün aparılmasına görə iki dəfə təxirə salınıb. Qeyd etdiyim kimi, bu gün artıq Samxaraulinin rəyi var, müvafiq olaraq, Milli İcra Bürosu qeyd olunan icra hərəkətini dayandırmaq və ya təxirə salmaq imkanından məhrumdur” – Cemal Zuraşvili bildirib.