İcra Bürosunda Didubedə qətlə yetirilən ər-arvadla qətldə təqsirləndirilən şəxs arasında daşınmaz əmlakla bağlı mübahisə olduğunu və barışıq məqsədilə büronun vasitəçilik apardığını təsdiqləyirlər
Milli İcra Bürosu Didubedə yaşayış binasının blokunda ər-arvadın qətlə yetirilməsi işini şərh edir.
Qurumdan tərəflər arasında daşınmaz əmlakla bağlı mübahisənin illər boyu davam etdiyini və Milli İcra Bürosunun barışıq məqsədilə fəal vasitəçilik apardığını təsdiqləyirlər.
“Dörd il ərzində Milli İcra Bürosu tərəflər arasında barışığın olması üçün onlara vasitəçilik edib. Danışıqlar yolu ilə evdən çıxarılma prosesi bir neçə dəfə təxirə salınıb. Tərəflərlə son görüş dünən, noyabrın 11-də baş tutub, lakin razılıq əldə olunmayıb, bu səbəbdən daşınmaz əmlakın qanuni mülkiyyətçinin xeyrinə boşaldılması üçün noyabrın 12-nə məcburi icra prosesinin mərhələsi planlaşdırılmışdı” – Milli İcra Bürosundan izah edirlər.
Qətl hadisəsi noyabrın 11-də Tbilisinin Didube rayonunda baş verib. Ər-arvada yaşayış binasının yaxınlığında odlu silahdan atəş açılıb. Bu gün səhər Daxili İşlər Nazirliyi məlumat yayıb ki, baş vermiş faktla əlaqədar ağırlaşdırıcı hallarda iki nəfəri qəsdən öldürmə ittihamı ilə bir nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunduğu kimi, istintaqla cinayətdən əvvəl əmlak məsələləri ilə bağlı halların olduğu müəyyən edilib.