İcra Bürosu - Tvalcrelidze N1 ünvanında yerləşən beş bina köhnəlib, qanunsuz şəkildə binalara daxil olmuş şəxslərə çağırış edirik, məhkəmənin qərarını yerinə yetirsinlər, verilmiş təklifləri qəbul etsinlər, əks halda, Büro qərarı icra etməyə borcludur
Milli İcra Bürosu Tvalcrelidze küçəsi N1 ünvanında davam edən icra prosesi haqqında məlumat yayır.
Məlumatda qeyd edildiyi kimi, bina-tikililər tamamilə köhnəlib və orada yaşayan insanların sağlamlığı və həyatı üçün təhlükəlidir.
“Milli İcra Bürosunda qeyd olunan icra işi 2024-cü ilin iyunun 11-də Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında başlayıb. Ünvanda beş bina “qara karkas” vəziyyətində yerləşir. Xüsusi olaraq vurğulanmalıdır ki, bina-tikililər tamamilə köhnəlib və orada yaşayan insanların sağlamlığı və həyatı üçün təhlükəlidir. Bunu Samxarauli Ekspertiza Bürosunun rəyi də təsdiqləyir, rəydə açıq şəkildə qeyd olunub ki, binaların daşıyıcı divarları zədələnib və onların istənilən an uçma təhlükəsi var. Tərəflər arasında razılığa gəlinməsi, onların maraqlarını tam şəkildə qorumaq məqsədilə, Milli İcra Bürosunun vasitəçiliyi ilə köçürülmə prosesi artıq iki dəfə təxirə salınıb. İşə İcra Polisi ilə birlikdə, Büronun Tərəflərin Maraqlarının Müdafiəsi və Mediasiya Departamenti, sosial işçilər cəlb olunmuşdu. Ünvan üzrə onlarla səfər həyata keçirilib. Orada yaşayan şəxslərin şəraiti və ehtiyacları fərdi şəkildə öyrənilib; müvafiq dövlət qurumlarına yardım ayrılması və dövlət xidmətlərinin əlçatan olması üçün müraciətlər edilib” – məlumatda deyilir.
Milli İcra Bürosunun məlumatına əsasən, “Kreditor tərəf ilə danışıqlar aparılırdı, o da həmçinin dövlət qurumları ilə birlikdə, qanunsuz yaşayan ailələrin müvəqqəti kirayə mənzillə təmin olunması məsələsinə qoşulmağa hazır idi, ailələrin bir qismi isə bu təklifdən imtina etdi”.
“Ünvanda yaşayanlar arasında 58 nəfər qaçqın statusuna malikdir. Onlardan müxtəlif proqramlar çərçivəsində 24 nəfər dövlət tərəfindən artıq təmin olunub. 29 nəfər mənzil və kənd ərazisində evin alınması ilə bağlı müraciət doldurub. Ünvanda faktiki yaşayan 39 ailədən bir hissəsi artıq təklifləri qəbul edib. 53 ailə isə sahələri zəbt edib, lakin ünvanda yaşamırlar. Onlar gələcəkdə məqsədli şəkildə kompensasiya tələb etmək üçün son aylar ərzində təmir işlərinə başlayıblar. Milli İcra Bürosu qanunsuz şəkildə binalara daxil olmuş şəxslərə çağırış edir, məhkəmənin qərarını könüllü şəkildə yerinə yetirsinlər, kreditorun və müvafiq dövlət qurumlarının təkliflərini qəbul etsinlər. Əks halda, Milli İcra Bürosu mülkiyyət hüququnun və qanunun aliliyi prinsipinin qorunması üçün məhkəmə qərarını icra etməyə borcludur” – Milli İcra Bürosunun məlumatında deyilir.