İcitmai Yayımçının qəyyum namizədlərinin seçim komissiyasının Vasil Mağlaperidze ilə müsaibəsi 

İcitmai Yayımçı qəyyumlar şurasına qəyyumluğa namizədlərinin seçim komissiyası Vasil Mağlaperidze ilə söhbıtləşmə apardı.

İcitmai Yayımçı qəyyumlar şurasını qəyyum namizədlərin seçilməsi Parlament müsabiqə komissiyası bu gün qəyyumlar şurasına namizədləri dinləyir.

Komissiya namizədləri aşağıdakı ardıcıllıqla dinləyir: Marina Giorqadze, Arina Tavakaraşvili, Giorgi İasaşvili, Bela Kopaliani, Vasil Mağlaperidze, Aleksi Noniadze, Laşa Tuquşi, Liya Şavqulidze, Donara Şonava, Giorgi Çanturiya, Zaza Xutsişvili.

Gürcüstan Parlamenti martın 17-də İcitmai Yayımçının Qəyyumlar Şurasına üç namizədin seçilməsi üçün açıq müsabiqə elan etdi və martın 30-da müsabiqə komissiyasının tərkibini təsdiqlədi. Müsabiqə komissiyasının sədri rejissor, Bakur Bakuradzedir. Komissiyanın üzvləridilər: Mako Yaoşvili – “Alterbridge” İdarəetmə və Kommunikasiya Beynəlxalq Tədris Universitetinin prorektoru, dosent; Mixail Cavaxişvili – musiqiçi, Tbilisi Gənclər Kapellasının rəhbəri; Eka Melkadze – jurnalist; Nino Meunarjia – jurnalist, “İmedi” Radiosunun aparıcısı; Ermile Mesxiya – Batumi Dövlət İncəsənət Universitetinin Təhsil, Humanitar və Sosial Elmlər fakültəsinin dekanı, professor; Giorgi İmedaşvili – Gürcüstan Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri; Giorgi Davituri – İnformasiya Azadlığının İnkişafı İnstitutunun (IDFI) Media və İfadə Azadlığı şöbəsinin rəhbəri; Mariyam Qoqosaşvili – Gürcüstan Jurnalist Etikası Xartiyasının icraçı direktoru.

Qanuna müvafiq olaraq, müsabiqə komissiyası namizədləri seçdikdən sonra, hər bir vakant yerə ən azı üç dəfə çox namizədi təqdim edəcək.

İcitmai Yayımçı qəyyumlar şurası doqquz üzvdən ibarətdir. Gürcüstan Parıamenti siyahı tərkibinin çoxluğu ilə iki qəyyumu Gürcüstan Xalq Müdafiəçisinin, üçünü – Parıament çoxluğunun (Parlament çoxluğunun olmadığı təqdirində – Parlament fraksiyaları), üçünü – Parlament çoxluğu kənarındanq alan Parlament üzvlərinin dörddə birdən az omlamaqla, birini – Acara Muxtar Respublikasının Ali Şurasının təqdimatı ilə seçir. Qəyyumun səlahiyyəti müddəti ən çox altı ildir. Qəyyumlar Şurasının üçdə biri iki ildə bir dəfə, rotasiya qaydası ilə dəyişir. Eyni şəxs qəyyum olaraq bir müddətdən artıq müddətlə seçilə bilməz.