İkinci İlianın vəfatı ilə əlaqədar martın 18-də Müqəddəs Sinodun iclası keçiriləcək, bundan sonra da dəfn ilə əlaqədar digər əlavə təfərrüatlar açıqlanacaq
İkinci İlianın vəfatı ilə əlaqədar martın 18-də Müqəddəs Sinodun iclası keçiriləcək, bundan sonra da dəfn ilə əlaqədar digər əlavə təfərrüatlar açıqlanacaq

 

Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlianın vəfatı ilə əlaqədar 2026-cı ilin martın 18-də saat 14:00-da Gürcüstan Ortodoks Kilsəsinin Müqəddəs Sinodunun iclası keçiriləcək və bundan sonra da həzrətlərinin dəfni ilə əlaqədar digər əlavə təfərrüatlar açıqlanacaq.

Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti bu haqda bəyanat yayır.

Onların məlumatına əsasən, Sinodun iclası başa çatdıqdan sonra həzrətləri, ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın nəşi Patriarxal İqamətgahından Əqdəs Üçlük adına patriarxal məbədə aparılacaq.

Gürcüstan Patriarxlığında martın 18-də yas mərasimi planlaşdırılmır.

Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişib.