II İlia - Söz azadlığından pis niyyət üçün istifadə dövrümüzün ən çətin sınaqlarından biridir və yalnız həqiqət yolu ilə Rəbbə doğru gedən, bağışlamağı bacara bilən onu uğurla dəf edə bilər
II İlia - Söz azadlığından pis niyyət üçün istifadə dövrümüzün ən çətin sınaqlarından biridir və yalnız həqiqət yolu ilə Rəbbə doğru gedən, bağışlamağı bacara bilən onu uğurla dəf edə bilər

 

 

Bu gün hər kəs sevgi və azadlıqdan danışır, lakin günahı və günahkar həyatın sevgisini həqiqi sevgi ilə eyni sayanlar və hər şeyə haqqı azadlıq hesab edənlər düzəlməz səhvə yol verirlər – bu haqda Ümumi Gürcüstanın Katolikos-patriarxı II İlianın Milad məktubunda deyilir.

Məktubda qeyd olunduğu kimi, “Söz azadlığından pis niyyət üçün istifadə dövrümüzün ən çətin sınaqlarından biridir və yalnız həqiqət yolu ilə Rəbbə doğru gedən, səbr edən və bağışlamağı bacara bilən onu uğurla dəf edə bilər; günahlarının ağırlığına baxmayaraq, yenə də istənilən insanda tanrının surətini görən pisliyə pisliklə cavab verməyəcək”.

“Həvari İakob bizə xəbərdarlıq edir: “Pis dil oddur, yalanın cəvahiridir…
O, bədənimizin hissələri arasında elə yer tutur ki, bütöv bədəni murdarlayır… O, ölümcül zəhərlə dolu sərt pislikdir” (İakob 3:6-8), “Kim sözlə günah işlətmirsə, o, kamil insandır” (İakob 3:2).

Rəbb bizə heç nəyi təlqin etmir: “İnsanın qarşısında həyat və ölüm var və kim seçərsə, ona veriləcək” (Sirax 15:17).

Rəbbin İncil əmrlərinə, həvarilərin və müqəddəs ataların göstərişlərinə uyğun olaraq həyatını yeniləməkdən qorxma; Tanrının müəyyən etdiyi qaydalara səni düşmən edən, imanına zərər verən, onu sarsıdan və səmərəsiz və faydasız hala gətirən o pis istəklərə və meyllərə qarşı çıx.

Həyat üçün, əbədi həyat üçün çalış və mübarizə apar; Tanrıdan sənə verilən imkanların təzahürü və dirçəlişi üçün; Rəbb sənə daşıya bilməyəcəyin yük verməyib. Beləliklə, ilahiləşmək və əbədiyyətdə sevinmək üçün xəyali deyil, əsl sevgi qanunları ilə yaşa və istə” – Patriarxın Milad məktubunda deyilir.