II İlia - Dünyada qarşıdurma, qeyri-sabitlik və müharibələr ümumi reallığa çevrilib, sülh istəyənlərin əzmi böyükdür, lakin nəticə əldə etmək asan olmur, tanrı sülhməramlıları qorusun
Bu gün dünyada müxtəlif mürəkkəb proseslər baş verir, zaman sanki sürətlənib, hadisələr və baxışlar da sürətlə dəyişir, qarşıdurma, qeyri-sabitlik, ekoloji problemlər, daimi stres, müharibələr ümumi reallığımıza çevrilib, sülh istəyənlərin əzmi böyükdür, lakin nəticə əldə etmək asan olmur – bu barədə Ümumi Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Bichvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlianın Pasxa məktubunda deyilir.
Məktubda qeyd olunduğu kimi, mövcud vəziyyət hər kəsi həyatın mahiyyəti və əbədi dəyərlər barədə daha çox düşündürməlidir.
“Bu gün dünyada müxtəlif mürəkkəb proseslər baş verir, zaman sanki sürətlənib, hadisələr və baxışlar da sürətlə dəyişir, qarşıdurma, qeyri-sabitlik, ekoloji problemlər, daimi stres, müharibələr ümumi reallığımıza çevrilib, sülh istəyənlərin əzmi böyükdür, lakin nəticə əldə etmək asan olmur.
Tanrı sülhməramlıları qorusun, tanrı dünyaya sülh nəsib etsin!
Mövcud vəziyyət hər kəsi həyatın mahiyyəti və əbədi dəyərlər barədə daha çox düşündürməlidir.
Biz əbədi səadət üçün yaradılmışıq; burada, dünyəvi varlıqda isə müvəqqəti və əbədi, yer və göy arasında olan bağlılıqla yaşamalıyıq. Lakin əbədiyyətə yaxın olmağa can atmaq həmişə bizdə olmalıdır və bu isə ilk növbədə, kilsə vasitəsilə əldə edilir.
Yalnız kilsə bizə həyatın əsl məqsədini açıqlayır, ruhumuza baxmağa imkan verir və yaxşı ilə pisi ayırd etməyin ən doğru və həqiqi yolunu təklif edir. O, bizdən mümkünsüzü istəmir; əksinə, zəifliklərimizlə bizi çağırır və onları dəf etməyə güc verir. Kilsə bizə qəlbində yer verir, lakin pis əməli heç vaxt təqdir etmir. Bununla yanaşı, o, mənəvi və daxili gücümüzü möhkəmləndirir və ən çətin vəziyyətlərdə belə, ümidimizi itirməyə imkan vermir” – məktubda deyilir.