İqtisadiyyat Nazirliyi - Gürcüstanın nəqliyyat dəhlizində daşınan yüklərin həcmi artır
İqtisadiyyat Nazirliyi - Gürcüstanın nəqliyyat dəhlizində daşınan yüklərin həcmi artır

 

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Gürcüstanın nəqliyyat dəhlizində daşınan yüklərin böyüməkdə olan dinamikası davam edir.

Nazirliyin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyun dövründə Orta Dəhlizdə Çindən və əks istiqamətdə, Gürcüstandan keçməklə daşınmış konteynerlərin miqdarı 9,849 TEU təşkil edib, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 173.0% çoxdur (3,608 TEU).

Hesabat dövründə həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan konteynerlərin miqdarı da artıb və 9,393 TEU təşkil edib, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 59 dəfə çoxdur (160 TEU) .

Gürcüstanın dəniz limanlarında emal olunmuş yüklərin və konteynerlərin statistikası xüsusilə artıb. Yüklər baxımından Batumi və Poti limanlarında artım 5,9 faiz təşkil edib – qeyd olunan limanlar 2025-ci ilin 6 ayında 7 milyon ton yük emal ediblər. Konteynerlərə gəlincə, hesabat dövründə ölkənin hər iki əsas limanında emal olunmuş konteynerlərin miqdarı 375, 654 TEU təşkil edib, bu da əvvəlki analoji göstəricidən 19,5 faiz çoxdur.

Bununla yanaşı, Gürcüstanın hava nəqliyyatı yolu ilə daşınan yüklərin artım göstəricisi də vacibdir – 2025-ci ilin yanvar-iyun dövründə Gürcüstanın beynəlxalq hava limanları tərəfindən daşınan yüklərin miqdarı 16,5 min ton təşkil edib, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,6% çoxdur (10,5 min ton).