İqtisadiyyat Nazirliyi - 2025-ci ilin noyabrında ixrac əvvəlki illə müqayisədə 44.2%-lə artıb və rekord məbləğ - 782.3 milyon ABŞ dolları təşkil edib
2025-ci ilin noyabrında ixrac əvvəlki ilin noyabrı ilə müqayisədə 44.2%-lə artıb və rekord məbləğ – 782.3 milyon ABŞ dolları təşkil edib. Bu haqda məlumatı Gürcüstanın İqtisadiyyat Nazirliyi yayır.
Onların məlumatına əsasən, ümumilikdə yanvar-noyabrda ixrac 10.1%-lə artıb, 2024-cü ilin illik göstəricisini keçib və həmçinin, rekord məbləğə – 6.618.1 milyon ABŞ dollarına bərabər olub.
“İdxal 2025-ci ilin noyabrında 1.4%-lə azalıb və 1. 455.6 milyon ABŞ dollarına bərabər olub, yanvar-noyabrda isə 9.3%-lə artıb və 16. 598.1 milyon ABŞ dolları təşkil edib. Cari ilin noyabrında ticarət dövriyyəsi 2. 237.9 milyon ABŞ dolları səviyyəsində müəyyən edilib, bu isə əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 10.9%-lə çoxdur. Yanvar-noyabrda ticarət dövriyyəsinin göstəricisi 9.5%-lə 23. 216.2 milyon ABŞ dollarına qədər artıb, bu isə ixrac kimi həmçinin rekord həcmdir. Qeyd etmək lazımdır ki, 2024-cü ildə ixrac və ticarət dövriyyəsinin rekord həcmi qeydə alınıb. 2024-cü ildə ixrac 7.8%-lə artıb və 6.6 milyard ABŞ dolları təşkil edib, ticarət dövriyyəsi isə 8.1%-lə artıb və 23.4 milyard ABŞ dollarına bərabər olub” – Gürcüstanın İqtisadiyyatı və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatında deyilir.