İqtisadiyyat Nazirliyi - 2025-ci ildə turizmdən əldə olunan gəlirlər illik 6.0% artıb və rekord həcmdə — 4.690.2 milyon dollar təşkil edib
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına əsasən, 2025-ci il turizm sənayesi üçün əldə olunan gəlir baxımından rekord olub.
Qurumun məlumatına əsasən, ötən il səyahətdən (turizmdən) əldə olunan gəlirlər illik 6.0% artıb və rekord həcmdə — 4.690.2 milyon ABŞ dolları təşkil edib.
“2025-ci ilin dördüncü rübündə səyahətdən əldə olunan gəlirlər 9.2% artıb və 1.052.4 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ildə İsraildən (34.3%-lə və 586.3 milyon ABŞ dolları təşkil edib), Avropa İttifaqından (15.6%-lə – 660.4 milyon ABŞ dolları), Azərbaycandan (32.5%-lə – 223.3 milyon ABŞ dolları), Səudiyyə Ərəbistanından (15.8%-lə – 141.3 milyon ABŞ dolları), Ermənistandan (7.7%-lə – 169.5 milyon ABŞ dolları), Ukraynadan (5.9%-lə – 157.6 milyon ABŞ dolları) turizm gəlirləri əhəmiyyətli dərəcədə artıb” – məlumatda qeyd olunub.