İqtisadiyyat Naziri Giorgi Kobulia ehtimal edir ki, ilin sonunda lari möhkəmlənəcək
İqtisadiyyat və Stabil İnkişaf Naziri Giorgi Kobulia bəyan edir ki, ilin sonunda lari kursu stabilləşəcək.
“İqtisadi vəziyyətimiz çox yaxşıdır. İxrac göstəriciləri artır. İqtisadiyatımız 6 faizlə artıb. Bütün bunlar əlbəttə ki, lari kursunda da əks olunacaq.
Düşünürəm ki, lari tamamən stabil olacaq və ilin sonuna qədər möhkəmlənəcək. Yeni iqtisadi artım gözləyirik və iqtisadiyyatımızın inkişafı ilə bağlı özümüzü komfortlu hiss edirik. Yeni ilə qədər larinin kursu möhkəmlənəcək” – dedi Giorgi Kobulia.