İqtisadi Şuranın iclasında iri investisiya layihələri müzakirə olunub
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirilib. Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Şura üzvləri iqtisadi artım istiqamətində müsbət tendensiyalardan danışaraq, aparılan əsaslı makroiqtisadi siyasət nəticəsində Gürcüstan iqtisadiyyatında sabitliyin qorunduğunu qeyd ediblər.
“Diqqət cari və planlaşdırılan layihələrə, o cümlədən nəqliyyat və logistikaya yönəldilib. İnvestorların iri investisiya layihələrinə marağı məsələsi müzakirə olunub.
Şura üzvləri hökumətin yeni təşəbbüslərini də müzakirə ediblər”, – hökumətin mətbuat xidmətindən bildiriblər.